3 aylıq körpəsini qar təmizləmək üçün istifadə edən ata ilə bağlı araşdırma aparılır.
Publika.az Milli.Aza istinadla xəbər verir ki, ABŞ-nin Texas ştatında 25 yaşlı kişi 3 aylıq körpəsi ilə "Hyundai Elantra"nın şüşələrindəki qarı təmizləyib.
Videonun sosial şəbəkələrdə yayılmasından və müzakirəyə çıxmasından sonra polis araşdırmalara başlayıb.
Port Artur Polis idarəsinin rəsmi nümayəndəsi Tim Duriso hadisənin çovğun zamanı O.W. Collins Yaşlılar Binası yaxınlığında baş verdiyini bildirib.