AZ

Azərbaycan millisinin yekun heyəti müəyyənləşdi

Futzal üzrə Azərbaycan millisinin yekun heyəti müəyyənləşib.

Avropa çempionatının əsas mərhələsi çərçivəsində yanvarın 31-də səfərdə Xorvatiya ilə qarşılaşacaq futzal üzrə Azərbaycan millisi Bakıdakı hazırlıq mərhələsini başa vurub.

"Operativ Media" xəbər verir ki, baş məşqçi Vitali Borisov səfərə aparacağı yekun heyəti müəyyənləşdirib.

Yekun heyət: Emin Kürdov, Xəzər Ağalızadə, Ülvi Əliyev (hamısı “Araz-Naxçıvan”), Rövşən Hüseynli (“Astana”, Qazaxıstan), Fərid Abbasov, Tofiq Mikayılov, Kənan Manafov, Oktay Rüstəmli, Nihad İsmayılov, Nurlan Mehdizadə (hamısı “Baku Fire”), Emil Həsənzadə, Fərid Atakişiyev, Mirzə Əmirov (hamısı “Neftçi”), İlham Aalıyev (“Şuşa”).

Qeyd edək ki, milli yanvarın 29-da Bakı-İstanbul-Zaqreb reysi ilə Xorvatiyaya yola düşəcək

Seçilən
27
6
operativmedia.az

10Mənbələr