Nə vaxtsa Çin ABŞ dövlət istiqrazlarını kütləvi şəkildə satmağa başlaya bilər.
Publika.az xəbər verir ki, rusiyalı iqtisadçı Mixail Xazin bu ssenarini istisna etməyib.
Onun sözlərinə görə, müəyyən şərtlər daxilində ÇXR rəhbərliyi belə bir addım ata bilər. Onun əsas məqsədi Amerikanın dövlət borcuna və nəticədə ABŞ dollarına olan tələbi kəskin şəkildə azaltmaq olacaq.
Ekspertin fikrincə, Çin hakimiyyəti o zaman belə bir addım ata bilər ki, Pekin və Vaşinqton arasında münasibətlər kəskin şəkildə pisləşsin və onların gərginləşməsi tendensiyası yaransın.
Həmin dövrə qədər Çinin ABŞ-a qarşı bu cür davranışı kifayət qədər riskli olacaq, baxmayaraq ki, iki güc arasında növbəti qarşıdurma hər an başlaya bilər.