Demokrat.az xəbər verir ki, bu barədə BDYPİ məlumat yayıb.
Bildirilib ki, Masallı rayon sakini Ceyhun Ağayevin idarə etdiyi "Hyundai" markalı avtomobil Ələt-Astara yolu üzərində yerləşən stasionar postda saxlanılıb. Sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin edilib. Müayinə zamanı Ceyhun Ağayevin narkotik maddə qəbul etməsi müəyyən olunub və o, narkotik istifadəçisi olduğunu etiraf edib. Faktla bağlı toplanan materiallar baxılması üçün məhkəməyə göndərilib.
BDYPİ bir daha narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək günahsız insanların həyatını təhlükəyə atan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edib və bu kimi hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirib.
10Mənbələr
-
bizim.mediaNarkotik çəkib maşın sürdü, saxlanıldı - VİDEO ( 15119939)
-
7news.azNarkotik çəkib maşın sürdü - Saxlanıldı - VİDEO ( 15116191)
-
demokrat.azNarkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs ifşa olundu — VİDEO ( 15114749)
-
medianews.azNarkotik çəkib maşın sürdü – Saxlanıldı – VİDEO ( 15113103)
-
qlobal.netNarkotik çəkib maşın sürən sürücü saxlanıldı - VİDEO ( 15112997)
-
gundem.azNarkotik çəkib maşın sürdü - Saxlanıldı - VİDEO ( 15112975)
-
Bey.azNarkotik çəkən sürücü saxlanıldı – VİDEO ( 15112937)
-
cebheinfo.azNarkotikin təsiri altında olan sürücü saxlanıldı - VİDEO ( 15112871)
-
redaktor.azNarkotik çəkən sürücü saxlanıldı - VİDEO ( 15112463)
-
viral.azNarkotik çəkən sürücü saxlanıldı – VİDEO ( 15112455)