Kreml jurnalist Taker Karlson ABŞ-ın əvvəlki administrasiyasının Rusiya prezidenti Vladimir Putini öldürmək cəhdləri barədə danışarkən nəyi nəzərdə tutduğunu bilmir.
Yenisabah.az Interfax-a istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Karlsonun bu barədə danışarkən nə demək istədiyini tam başa düşmürük. O, heç bir sübut təqdim etməyib. Dediklərini şərh etmək imkanım yoxdur, çünki onun nə demək istədiyi aydın deyil", - deyə Peskov vurğulayıb.
O qeyd edib ki, “ən yaxşısı kimin deməyindən asılı olmayaraq, əsassız məlumatı qəbul etməməkdir”.
"İndi çoxlu müxtəlif bəyanatlar var, onlara diqqət yetirməliyik, lakin səliqə ilə qavramalıyıq", - Peskov ciddi şəkildə vurğulayıb.
Bundan əvvəl Karlson müsahibəsində Co Bayden administrasiyasının Rusiya prezidentini öldürməyə cəhd etdiyini bildirmişdi.
Telegram kanalımız