AZ

Hakan Fidan: "Enerji böhranı Mərkəzi Asiya və Qafqazın geosiyasi önəmini artırıb"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Bu gün ortaq coğrafiyada inkişafı və rifahı dəstəkləyən strateji əməkdaşlığa həmişəkindən daha çox ehtiyac var".
Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada təşkil edilən Türkiyə-Azərbaycan-Özbəkistan xarici işlər, ticarət və nəqliyyat nazirlərinin üçtərəfli görüşündə çıxış edərkən söyləyib.
O bildirib ki, Türkiyə bu görüşə ev sahibliyi etməkdən məmnunluq duyur:
"Bu formatdakı görüşlər Türküstan (Orta Asiya - red.), Qafqaz və Anadolunun iqtisadi, nəqliyyat və enerji əlaqələrini gücləndirmək üçün layihələrin həyata keçirilməsi baxımından önəmli platformadır".
Nazir əlavə edib ki, beynəlxalq sistemin dünyanın böyük bir hissəsi üçün sülh, sabitlik və ədalət yarada bilmədiyi bir dövrdür.
"Qlobal gərginliklərin artdığı, dünyəvi dəyərlərin eroziyaya uğradığı yollardan keçirik. Buna qarşı türk dünyası olaraq, bir tərəfdən, tarixi əlaqələrimiz fonunda öz daxilimizdə birliyi davam etdirir, digər tərəfdən isə həllin bir parçası olma istiqamətində hərəkət edirik", - o vurğulayıb.
Nazir qeyd edib ki, dünya bu gün çətin dövr yaşayır, lakin türk dünyası ölkələri tarixi əlaqələrə əsaslanaraq həmrəylik və birlik nümayiş etdirməyə davam edirlər.
H.Fidan çıxışının davamında qeyd edib ki, sanksiyalar səbəbi ilə yaranan enerji böhranı enerji ilə zəngin olan Mərkəzi Asiya və Qafqazın geosiyasi önəmini artırıb.
O qeyd edib ki, Türkiyə region və ətrafı üçün sülh, rifah, sabitlik yaradır.
Türkiyəli nazir Suriyadakı hakimiyyət dəyişikliyindən də söz açıb. O bildirib ki, Suriyadakı dəyişikliklər bölgə üçün yeni fürsət pəncərəsi yaradıb:
"Suriyanın dirçəlməsinə dəstək verməliyik. Onun inkişafı ilə regional sabitlik və təhlükəsizlik təmin olunacaq, həmçinin logistika, ticarət, enerji kimi sahələrdə yeni imkanlar yaranacaq".
Seçilən
13
50
oxu.az

10Mənbələr