AzVision.az xəbər verir ki, şirkət özünün “WeСhat” sosial şəbəkəsindəki kanalında “Alibaba Cloud” komandasının 11 test vasitəsi ilə “Qwen2.5-Max” modelini “DeepSeek-V3” və “Meta AI” şirkətinin “Llama-3.1−405B” sistemləri ilə müqayisə etdiyini bildirib. Məlumata görə, “Alibaba Cloud”un məhsulu rəqiblərin modellərini üstələyib.
“Yeni model fövqəl dərəcədə güclü kompleks xarakteristika nümayiş etdirir”,- “Alibaba Cloud” şirkətinin açıqlamasında deyilir.
Xatırladaq ki, Çinin “DeepSeek” şirkətinin yanvarın 20-də təqdim etdiyi çat-botun yeni modelinin Amerikanın “OpenAI” şirkətinin “ChatGPT” platformasının hətta təkmil versiyasından üstün olduğu açıqlanıb. Eyni zamanda, ekspertlərin iddiasına görə, “DeepSeek” şirkətinin çat-botunun tərtibatçıları “OpenAI” ilə müqayisədə əhəmiyyətli məbləğdə az pul xərcləyiblər.
Çin şirkətlərinin bir-birinin ardınca təqdim etdiyi Sİ “sürpriz”ləri ölkədə bu sahənin inkişafı üçün 500 milyard dollar ayrılması barədə sərəncam imzalamış ABŞ prezidenti Donald Trampı daha da fəallaşmağa sövq edib.
Sahil İsgəndərov
AzVision.az