Azərbaycanla Özbəkistan arasında ikitərəfli yükdaşımalarda “e-Permit” – elektron icazənin tətbiqi ilə yükdaşımalar yerinə yetirilib.
Bu barədə "APA-Economics"ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Belə ki, Özbəkistanın daşıyıcı şirkətinə məxsus yük avtomobili yanvarın 27-də Azərbaycana çatıb. Yanvarın 14-də isə Azərbaycana məxsus nəqliyyat vasitəsi elektron icazə ilə Özbəkistana yükdaşımanı uğurla həyata keçirib.
Məlumata görə, mərhələli şəkildə beynəlxalq yükdaşıma fəaliyyəti həyata keçirilən digər ölkələrlə də “İcazə” blanklarının elektron şəkildə mübadiləsi və verilməsi nəzərdə tutulur.