AZ

İsveç Mərkəzi Bankı faiz dərəcələrini 25 baza bəndi azaldıb

İsveç Mərkəzi Bankı (Riksbank) siyasət faizini 25 baza bəndi azaldaraq 2,25 faizə endirib. Bu qərarla bank 2024-cü ilin may ayından etibarən faiz dərəcələrini cəmi 175 baza bəndi azaldıb. İnflyasiya hədəflərinə uyğun bir mövqe tutan Riksbank, iqtisadi qeyri-müəyyənliklərə qarşı diqqətli olduğunu vurğuladı.

İsveç Mərkəzi Bankı (Riksbank) inflyasiya təzyiqlərinin indi 2 faizlik inflyasiya hədəfinə uyğun olduğunu bildirərək siyasət faizini daha 25 baza bəndi azaldıb. Bu qərardan sonra etalon faiz dərəcəsi 2,50 faizdən 2,25 faizə düşüb.

Riksbank açıqlamasında, bazar gözləntilərinə uyğun olaraq alınan bu qərarın 2024-cü ilin may ayı etibarilə 175 əsas bəndlik ümumi faiz endirimini təmsil etdiyi bildirilib. Bank İsveç iqtisadiyyatındakı canlanma və krona məzənnəsi ilə bağlı riskləri yaxından izləyərək faiz endirimlərinin davam etdirildiyini bildirib.

Bəyanatda aşağıdakı ifadələr yer alıb:

"Xaricdəki iqtisadi inkişafları və qeyri-müəyyənlikləri nəzərə alaraq, biz inflyasiya və iqtisadi aktivlik perspektivlərindəki dəyişikliklərə uyğun addımlar atmağa hazırıq. ABŞ və Avropada iqtisadi siyasət qərarları və geosiyasi gərginlik İsveç iqtisadiyyatına təsir edə biləcək mühüm amillərdəndir".

Riksbank inflyasiyanı 2% civarında tutmağı hədəfləyir, lakin daxili və xarici iqtisadi şəraitdən asılı olaraq lazım gəldikdə faiz siyasətində çevik ola biləcəyini bəyan edib.

Seçilən
4
3
kommersant.az

10Mənbələr