AZ

Həkimlərə hörmət və etimad niyə azalıb? - Deputatdan REAKSİYA

Son günlərdə saxta plastik cərrahların saxlanılması cəmiyyətdə həkimlərə qarşı münasibəti də dəyişib. Belə ki, tibb işçilərinə inamın azalması ilə yanaşı, onların fəaliyyətinə və şəxsiyyətinə qarşı olan etimad və hörmət azalıb. Davamlı olaraq sosial şəbəkə hesablarından istər dövlət, istərsə də özəl klinikada çalışan həkimlərinin ünvanına tənqidlər, bəzi hallarda isə təhqirlər işlədən insanları görmək mümkündür.

“İnsanların sağlamlığında duran həkim, səhiyyə işçisinə dırnaqarası baxmaq düzgün deyil. Səhvi edən həkimlər onsuz da cəzalandırılır. Demək olar ki, bütün sahələrdə etik qaydaları pozan şəxslər var. Parlamentdə də, jurnalistlər arasında da, təhsil sahəsində də bu cür problemlər yaranır, amma bu o demək deyil ki, o sahədə çalışanların hamısına qarşı mənfi reaksiya olmalıdır”.

Bu fikirləri Modern.az-a Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı bildirib. O qeyd edib ki, həkimlər arasında hansısa səhvi bir nəfər deyil, 5-10 nəfər etsə belə, bütün tibb işçilərinə qarşı hörmətsizlik qəbuledilməzdir.

“O hərəkətləri edən hamı öz cəzasını alır. Bunu "bütün həkimlərin səhvidir, bütün həkimlər belədir" kimi qələmə vermək olmaz. O səhvi edənlər cəzalandırılır, peşəsindən, sənətindən uzaqlaşdırılır və başqalarına da dərs olur. Onda bütün səhiyyə işçilərinin üstündən xətt çəkməliyik?!”.

“Səhiyyə işçiləri 44 günlük Vətən müharibəsində də, illərdir davam edən pandemiya dövründə də həyatlarını riskə ataraq, insanların sağlamlığını qorumaq üçün çalışdılar. Bir tərəfdə cəbhədə, bir tərəfdə də gözəgörünməyən düşmənlə savaşdılar. Bunu da unutmamalıyıq!”, - M.İbrahimqızı vurğulayıb

Seçilən
3
1
turkustan.az

10Mənbələr