Bakı, TurkicWorld
Türkiyə - Azərbaycan – Özbəkistan biznes forumunda ölkələr arasında iqtisadi birliyi gücləndirmək, biznes tərəfdaşlığının effektivliyini artırmaq məsələləri müzakirə edilib.
TurkicWorld xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Ankara şəhərində keçirilən Türkiyə - Azərbaycan – Özbəkistan biznes forumunda həmkarlarla birlikdə ölkələrimiz arasında iqtisadi birliyi gücləndirmək, biznes tərəfdaşlığının effektivliyini artırmaq, ticarət əlaqələrimizi genişləndirmək, ölkələrimiz və region üçün əhəmiyyətli investisiya layihələrinin təşviqi imkanlarını müzakirə etdik", - paylaşımda qeyd olunub.