AZ

Şəffaf seçki ənənələri ölkəmizdə keçirilən hər bir seçkidə açıq şəkildə öz əksini tapır-DEPUTAT



"29 yanvar 2025-ci il tarixində ölkəmizdə keçirilən bələdiyyə seçkiləri çərçivəsində Şabran rayonunda vətəndaşlıq borcumu yerinə yetirərək səs verdim. Seçki məntəqələrində Yeni Azərbaycan Partiyasının (YAP) Şabran rayon təşkilatının sədri Mehdi Balabəyovla birlikdə seçki prosesinin gedişatını müşahidə etdik".

Newscenter.az-ın xəbərinə görə, bunları deyən Milli Məclisin deputatı Mahir Süıeymanlı bildirib ki, qanunauyğun və yüksək təşkilatçılıqla keçirilən seçkilərdə seçicilərin fəallığı müşahidə olunur:

"Bu, bir daha göstərir ki, vətəndaşlarımız dövlətçiliyimizə, milli dəyərlərimizə və demokratik prinsiplərə sadiqdirlər".

Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu islahatlar, demokratik inkişaf və şəffaf seçki ənənələri ölkəmizdə keçirilən hər bir seçkidə açıq şəkildə öz əksini tapır:

"Ümid edirik ki, seçicilər Yeni Azərbaycan Partiyasının namizədlərinə etimad göstərəcək və ölkəmizin davamlı inkişafı naminə düzgün seçim edəcəklər. Biz bu gün seçkilərdə iştirak etməklə güclü, müstəqil və firavan Azərbaycanın sabahına səs veririk!".



Süleyman
Seçilən
9
newscenter.az

1Mənbələr