Türkiyədə dağ-xizək kurortunda baş verən yanğınla bağlı 28 nəfər saxlanılıb.
Türkiyədə dağ-xizək kurortunda 78 nəfərin ölümü ilə nəticələnən yanğından sonra 28 nəfər saxlanılıb.
Operativ Media xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Qeyd edək ki, yanvarın 21-də Türkiyənin Bolu şəhərindəki Kartalkaya dağ-xizək kurortunda yanğın baş verib. Yanğında 78 nəfər həlak olub. İstintaq çərçivəsində bir sıra regional məmurlar, o cümlədən hotel sahibi həbs edilib.