İspaniyanın "Barselona" klubu İtaliya təmsilçisi "İnter"də çıxış edən Lautaro Martinesi heyətinə qatmaq istəyir.
"Report" xəbər verir ki, bu barədə "El Gol Digital" nəşri məlumat yayıb.
Kataloniya təmsilçisi 27 yaşlı argüntinalı hücumçunu polşalı forvard Robert Levandovskiyə əvəzləyici kimi görür.
Qeyd edək ki, L.Martines cari mövsüm Milan təmsilçisinin heyətində 29 oyuna çıxıb, 12 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.