"Azərbaycan Hava Yolları" QSC (AZAL) eksklüziv satış agenti olan "Silk Row Travel" MMC-ni mülkiyyətinə keçirib.
"Cebheinfo.az" bu barədə aviaşirkətin maliyyə hesabatına istinadən xəbər verir.
Adı çəkilən şirkət "Silk Way Holding" MMC-yə daxil idi.
Hesabata əsasən, ötən il mayın 1-də AZAL simvolik məbləğ - 50 manat ödəməklə xalis öhdəliyi 7 703 manat (audit edilməmiş) olan "Silk Rovv Travel"i törəmə müəssisə kimi əldə edib.
"Cebheinfo.az"