AZ

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub

Yazını böyüt
Yazını kiçilt

Yevlax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən "Ford" markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozduğuna görə sürücü P.Məhərrəmova “saxla” işarəsi verilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan hafta.az-a verilən məlumata görə, araşdırma zamanı onun narkotik vasitənin təsiri altında avtomobili idarə etdiyi aşkarlanıb.

Sürücü barəsində protokol tərtib edilərək məhkəməyə göndərilib. Məhkəmənin qərarına əsasən P.Məhərrəmov 15 gün müddətinə inzibati qaydada həbs olunub.

Seçilən
24
12
hafta.az

10Mənbələr