AZ

Azərbaycan İranla əməkdaşlığın vacibliyini həmişə yüksək qiymətləndirib -ŞƏRH

Azərbaycanla İran qonşu dövlətlərdir. Ölkələrimiz arasında dostluq və mehriban qonşuluq münasibətlərinin olması vacibdir. bunu Teleqraf.com-a müsahibəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İranın bəzi ayətullahlarının Azərbaycana qarşı apardıqları kampaniyaya münasibət bildirərkən deyib. 
Onun sözlərinə görə, İranla Azərbaycan arasında əlaqələr yüksək səviyyədədir. Hikmət Hacıyev vurğulayıb ki, bütün məsələlər iki ölkənin aidiyyəti strukturları tərəfindən dialoq və əməkdaşlıq şəraitində müzakirə olunur. İctimai, media müstəvisində müxtəlif fikir ayrılıqları, yaxud bu prosesə təsir etməyə cəhd göstərən qüvvələr olur. Amma hesab edirik ki, burda ən vacib məqam iki ölkənin aidiyyəti strukturları arasında, dövlət səviyyəsində aparılan siyasi məsləhətləşmələrdir. 

Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, politoloq Sədrəddin Soltan “Sherg.az”a söyləyib ki, Azərbaycan İranla əməkdaşlığın vacibliyini həmişə yüksək qiymətləndirib:

“Ancaq ötən illər ərzində Tehran hakimiyyəti müxtəlif yönümlü yanlış siyasəti nəticəsində Azərbaycanla qonşuluğunun əhəmiyyətini dəyərləndirə bilməyib. İran Azərbaycana qarşı işğalçılıq həyata keçirən və torpaqlarını zəbt edən Ermənistanı dəstəkləməklə bundan daim Azərbaycan Respublikasına qarşı təzyiq elementi kimi istifadə edib. İranın ən yarıtmaz siyasəti isə Azərbaycan və Ermənistana yönəlik siyasətində balansı gözləməkdir. Çünki Azərbaycan və İran Ermənistanla müqayisə edilməyəcək qədər fərqlidir. Tehran hakimiyyətinin səhv siyasəti iki ölkə arasında münasibətlərin inkişafında, əməkdaşlığın güclənməsində gecikmə yaradıb. Bu isə bir çox hallarda ziddiyyətlərin yaranmasına gətirib çıxarıb. Hesab edirəm ki, Tehran hakimiyyəti Azərbaycan Respublikasına qarşı ənənəvi münasibətini davam etmirməzsə, təbii ki, iki qonşu dövlət arasında iqtisadi, sosial, mədəni sahələr inkişaf edər və əməkdaşlıq güclənər. Hələki İran bir sıra məsələlərdə üzərinə düşən öhdəliklərə əməl etmir. Hikmət Hacıyevin açıqlamasından bəlli olur ki, rəsmi Bakı prespektivdə İranın üzərinə düşən öhdəlikləri yerinə yetirməsində ümidlidir”.
Seçilən
0
5
sherg.az

10Mənbələr