AZ

İran prezidenti tibdə süni intellektin tətbiqini istədi: "Həkimlərə ehtiyac olmayacaq"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İran Prezidenti Məsud Pezeşkian ölkənin səhiyyə sistemində süni intellekt (Sİ) də daxil olmaqla yeni texnologiyaların tətbiqinin vacibliyini bəyan edib. Onun sözlərinə görə, Sİ imkanlarından istifadə xərcləri azaltmağa və əhaliyə göstərilən tibbi xidmətlərin sürətini və keyfiyyətini artırmağa imkan verəcək.
Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat verir.
Bildirilir ki, Sİ-nin tətbiqi, xüsusilə ixtisaslı tibb mütəxəssislərinin kəskin çatışmazlığı müşahidə olunan İran əyalətlərində aktual ola bilər.
"Əgər bir çox sektorlarda, səhiyyə və tibbi xidmətlərdə vəzifələr süni intellektdən istifadə edilərək yerinə yetiriləcəksə, mütəxəssis çatışmazlığı olan əyalətlərdə həkimlərə ehtiyac olmayacaq", - deyə prezident vurğulayıb.
Seçilən
6
50
oxu.az

10Mənbələr