Bakı sakinləri səs verirlər - Bələdiyyə seçkisində son vəziyyət
Bələdiyyə seçkisinin gedişatı ilə bağlı son məlumatlar diqqətə çatdırılıb.
Manset.az Baku TV-yə istinadən xəbər verir ki, 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 5 saylı seçki məntəqəsində müşahidəçi Sevinc Həbibova səsvermənin şəffaf keçdiyini, heç bir qayda pozuntusu aşkarlanmadığını bildirib. Qeyd edilib ki, sözügedən seçki məntəqəsində seçici aktivliyi müşahidə edilir. "Məntəqədə 1 409 seçici qeydiyyata alınıb. Daşınan qutu üçün 10 sakin müraciət edib. Məntəqə üzvü onların yaşadıqları ünvanlara gedərək səsvermə hüquqlarını təmin edəcək", - deyə məntəqə sədri İlahə Carçıyeva bildirib. 24 saylı Nizami birinci seçki dairəsinin 9 saylı seçki məntəqəsində də seçicilərin səsvermədə fəal iştirak etdikləri vurğulanıb. "1 487 seçici qeydiyyata alınıb. Artıq 265 nəfər səsvermə hüququndan istifadə edib", - deyə məntəqə sədri Vüsalə Məmmədova məlumat verib. Daha ətraflı videomaterialda: