AZ

Mətbuat Şurasında seçkilərlə bağlı yaradılan “qaynar xətt”ə müraciət daxil olmayıb

Mətbuat Şurasında bələdiyyə seçkiləri ilə bağlı yaradılan “qaynar xətt”ə müraciət daxil olmayıb.

Mətbuat Şurasından "Report"a verilən xəbərə görə, bu gün saat 15.00-dək bələdiyyə seçkiləri ilə əlaqədar Mətbuat Şurasının “qaynar xətt” rejimində fəaliyyət göstərən mobil və şəhər telefon nömrələrinə prosesi işıqlandıran jurnalistlər tərəfindən heç bir zəng daxil olmayıb.

Qeyd edək ki, Şuranın (012) 441 35 96 şəhər, (050) 242 09 91 və (055) 789 85 03 mobil nömrələri səsvemə başlayan andan bitənədək “qaynar xətt” rejimində işləyir. Jurnalistlər qeyd edilmiş nömrələrlə əlaqə saxlayaraq, prosesin işıqlandırılması zamanı mümkün anlaşılmazlıqlar və problemlər barədə məlumat verə bilərlər.

Seçilən
3
20
report.az

10Mənbələr