Ermənistanın baş naziri Nikol Paşinyanın kilsənin vergiyə cəlb olunması ilə bağlı təklifi "xəstə zehinin məhsulu" adlandırılıb. Bu barədə Ermənistan Apostol Kilsəsinin Şirak yeparxiyasının rəhbəri Mikael Acapaxyan Sputnik-in Telegram kanalına açıqlamasında bildirib.“O, dünyada analoqu olmayan bir şey təklif edir, bu, xəstə düşüncənin məhsuludur”, – deyə Acapaxyan vurğulayıb.Bununla yanaşı, o, Paşinyandan kilsə şamlarının çeklərlə satıldığı ölkə nümunəsi göstərməsini istəyib. Acapaxyanın sözlərinə görə, kilsə öz missiyasında və xidmətində tam şəffafdır. O, həmçinin xatırladıb ki, baş nazir korrupsiyaya bulaşmış din xadimlərini tapacağına söz versə də, nəticə əldə edə bilməyib.Səidə
Diqqət Çəkənlər
Gəlin və Qaynana Qarşıdurması: Əbədi Problem
Sabah Türkiyə, Azərbaycan və Özbəkistan arasında üçtərəfli görüş keçiriləcək
Hindistanlı qadın mobil telefonu udaraq həyatını itirib