AZ

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının yaranmasının 32 ili tamam olur

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının yaranmasının 32 illiyi münasibətilə təşkilatın foyesində ulu öndər Heydər Əliyevin büstü önünə tər gül dəstələri qoyulub, dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla yad olunub.

YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev bu münasibətlə kollektivi və təşkilatın fəallarını təbrik edib. Təşkilat sədri Yeni Azərbaycan Partiyasının yarandığı gündən bugünədək şərəfli və məsuliyyətli yol qət etdiyini, öz siyasi xətti və fəaliyyəti ilə xalqın partiyasına çevrildiyini diqqətə çatdırıb. 1992-ci il noyabrın 21-də respublikanın müxtəlif bölgələrindən 550 nümayəndənin iştirakı ilə Naxçıvanda keçirilən Yeni Azərbaycan Partiyasının təsis konfransının tarixi əhəmiyyətə malik olduğunu bildirib. Vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin zəngin irsi əsasında və Prezident, partiyamızın Sədri İlham Əliyevin rəhbərliyi altında dövlətimizin qüdrəti, beynəlxalq nüfuzu daha da artır. E. Quliyev qeyd edib ki, Yeni Azərbaycan Partiyasının Bakı şəhərində ilk yerli təşkilatı olan YAP Nərimanov rayon təşkilatı 1993-cü il yanvarın 28-də yaranmışdır. Bu müddət ərzində Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının qurduğu səmərəli iş sxemi və prinsiplərilə YAP-ın respublika üzrə ən aparıcı təşkilatlarından birinə çevrildiyini vurğulayan Elçin Quliyev söyləyib ki, təşkilatımız bu yolda partiyanın və dövlətimizin prinsiplərinə uyğun fəaliyyətini bundan sonra da davam etdirəcəkdir. E. Quliyev təşkilatın qarşıdan gələn ictimai-siyasi proseslərdə daha da aktiv olacağını və Yeni Azərbaycan Partiyasının yeni qələbələr qazanmasına özünəməxsus töhfələr verməkdə davam edəcəyini xüsusi qeyd edib.

Görüşdə YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Babaoğlu və Millət vəkili Samir Vəliyev çıxış edərək ulu öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan, əldə etdiyi uğurlardan bəhs edib və partiyanın Ulu Öndərin fikirlərinə istinad edərək, dünənin, bu günün və gələcəyin partiyası olaraq fəaliyyət göstərdiyini söyləyiblər. Millət vəkilləri YAP Nərimanov rayon təşkilatının kollektivini təbrik edərək, gələcək fəaliyyətlərində yeni nailiyyətlər arzu ediblər.

Sonda təşkilatın əməkdaşları və gənclər bu gün sürətlə inkişaf edən müstəqil dövlətimizi uğurlu inkişafa aparan bu yolda hər bir Azərbaycan vətəndaşı kimi Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin siyasi kursunu daim dəstəkləyəcəklərini və böyük əzmlə dövlətin, xalqın, vətənin mənafeyi naminə səy göstərəcəklərini bildiriblər.

Seçilən
3
8
yeniazerbaycan.com

8Mənbələr