İtaliya milli komandasının sabiq futbolçusu Françesko Kaputo peşəkar karyerasını bitirib.
Teleqraf.com xəbər verir ki, 37 yaşlı hücumçu bu barədə sosial şəbəkə hesabında bildirib.
O, karyerası ərzində 550-dən çox oyunda iştirak edib və 201 qol vurub. Kaputo İtaliya A Seriyasında "Bari", "Empoli", "Sassuolo" və "Sampdoriya"da çıxış edib.
Qeyd edək ki, İtaliya yığması ilə 2 oyunda 1 qol vuran Françesko Kaputo son olaraq "Empoli"nin şərəfini qoruyub.
Müəllif: Royal Həsənov