AZ

Həmin yanğına görə 28 nəfər həbs edildi

Türkiyənin Bolu vilayətindəki hoteldə 78 nəfərin ölümünə səbəb olan dəhşətli yanğınla bağlı saxlanılanların sayı 28 nəfərə çatıb.

Gundem.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan açıqlayıb.

O, hotel binasının tikintisində və istismarında məsuliyyətsizlik etmiş bütün şəxslərin məsuliyyətə cəlb ediləcəyini bildirib.

Bundan başqa, Ərdoğan müxalifəti Boludakı yanğınla bağlı mövqeyinə görə sərt tənqid edib.

Qeyd edək ki, daha öncə yanğına görə 18 nəfərin saxlanıldığı məlum idi./"qafqazinfo"

Seçilən
5
5
gundem.az

7Mənbələr