AZ

Britaniya hökuməti Hitrou hava limanını genişləndirir

London, 29 yanvar, AZƏRTAC

Böyük Britaniya hökuməti Londonun Hitrou hava limanında üçüncü uçuş-enmə zolağının tikintisini planlaşdırır.

AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, bu barədə maliyyə naziri Reyçel Rivz bildirib.

O, çıxışında qeyd edib ki, ölkənin əsas hava limanında əlavə bir zolağın inşası Britaniyanın uzunmüddətli iqtisadi artım potensialını gücləndirəcək. Nazir, bu qərarın daha uzun müddət təxirə salına bilməyəcəyini bildirərək üçüncü uçuş-enmə zolağının tikintisinin zəruriliyini vurğulayıb. Onun sözlərinə görə, hökumət yay aylarına qədər layihənin icrası üçün təklifləri qəbul edəcək və bundan sonra tam qiymətləndirmə aparacaq.

Reyçl Rivz əlavə edib ki, layihə Böyük Britaniyanın qanuni, ekoloji və iqlim öhdəliklərinə uyğun şəkildə həyata keçiriləcək.

 

Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri

London

Seçilən
4
2
azertag.az

3Mənbələr