Baş nazirin müavini Şahin Mustafayev bələdiyyə seçkilərində səsvermə hüququndan istifadə edib.
Teleqraf.com xəbər verir ki, o, 21 saylı Nəsimi-Binəqədi Seçki Dairəsinin 132 saylı uşaq bağçasında yerləşən 3 saylı seçki məntəqəsində səs verib.
Qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tam təmin etdikdən sonra keçirilən ilk bələdiyə seçkiləridir.
Xatırladaq ki, yanvarın 29-na təyin olunmuş bələdiyyə seçkilərində 118 dairə üzrə 16 min 92 namizəd mübarizə aparır. 685 bələdiyyə üçün 8071 üzv seçiləcək. Seçkilərdə 24 siyasi partiya iştirak edir.
Azərbaycanda bələdiyyə seçkilərində 5 milyon 961 min 987 nəfər səsvermə hüququna malikdir.
Müəllif: Teleqraf.com