Son iki məğlubiyyətdən sonra “Olimpiakos”la oyuna hazırlaşmaq bir o qədər asan deyil.
Yenisabah.az “CBC Sport”a istinadla xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
O, UEFA Avropa Liqasının Liqa mərhələsinin son turunda “Olimpiakos”la oyun üçün Yunanıstana düşərkən Heydər Əliyev adına Beynəlxalq hava limanında fikirlərini bölüşüb:
“Hazırlaşmaq üçün vaxtımız az oldu. Son iki məğlubiyyətdən sonra “Olimpiakos”la oyuna hazırlaşmaq bir o qədər asan deyil. Oyunun bizim üçün formal olsa da, bilirik ki, azarkeşlərimiz həmin matçı səbirsizliklə gözləyəcək. Bizdən yaxşı oyun və yaxşı nəticə gözləyəcəklər. Çalışacağıq ki, “Olimpiakos”la görüşdə var gücümüzlə ən yaxşısını edək. Yaxşı oyunla, yaxşı nəticə ilə geri dönmək haqda düşünürük”.
Qeyd edək ki, “Olimpiakos” – “Qarabağ” matçına sabah gecə Bakı vaxtı ilə 00:00-da start veriləcək.
Telegram kanalımız