1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
ABŞ yüzlərlə azərbaycanlını deportasiya etməyi planlaşdırır.
Oxu.Az-ın verdiyi məlumata görə, müvafiq siyahı ABŞ İmmiqrasiya və Gömrük Polisi tərəfindən dərc edilib.
Məlum olur ki, sənəddə 709 azərbaycanlının adı var.
Qurumun hesabatına görə, ümumilikdə 1,4 milyondan çox insanın ölkədən deportasiya edilməsi planlaşdırılır. Onların arasında Honduras, Qvatemala, Salvador, Meksika, Nikaraqua, Kuba, Braziliya, Çin və Kolumbiya vətəndaşları üstünlük təşkil edir.
Burada maraqlı bir məqam var. ABŞ 845 nəfəri Yuqoslaviyaya deportasiya etməyi planlaşdırır. Lakin bu dövlət artıq mövcud deyil, onun yerinə Bosniya və Herseqovina, Xorvatiya, Monteneqro, Şimali Makedoniya, Serbiya, Sloveniya yaranıb. İnsanların dəqiq hara deportasiya ediləcəyi hələ məlum deyil.