AZ

Rövzət Qasımov: Seçkidə pozuntu ilə bağlı müraciət daxil olmayıb

Bu vaxta qədər seçkidə hər hansı bir pozuntu halı ilə bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət daxil olmayıb.

Yenisabah.az report-a istinadla xəbər verir ki, bunu MSK-nın sədr müavini Rövzət Qasımov deyib.

Onun sözlərinə görə, seçki prosesində seçici fəallığı ilə yanaşı, şəffaflıq da müşahidə olunur:

“Bu vaxta qədər MSK-ya 30-a yaxın zəng gəlib. Bu zənglər məlumat almaq məqsədli olub”.

Sədr müavini onu da bildirib ki, sosial şəbəkə və media MSK-da izlənilir: “Bu mənada, hansısa neqativ hal olarsa, komissiya onu araşdırmağa hazırdır”.


Telegram kanalımız
Seçilən
1
50
yenisabah.az

10Mənbələr