AZ

“TikTok”a alıcı tapıldı: satış baş tutarsa...

ABŞ-da "TikTok"-un taleyi qeyri-müəyyən olaraq qalır.

Milli.Az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp "TikTok"-un texnologiya nəhəngi "Microsoft" tərəfindən alına biləcəyini açıqlayıb.

Satış baş tutarsa, Çin əsaslı tətbiqin ABŞ-da qadağan edilməsi riski aradan qaldırılacaq.

"TikTok"-un dünya üzrə 1,5 milyarddan çox, ABŞ-da isə təxminən 170 milyon istifadəçisi var. Proqramın ABŞ-da qadağan edilməməsi üçün onun ən azı 50%-i Amerika şirkəti tərəfindən satın alınmalıdır.

Xatırladaq ki, "TikTok" yanvarın 19-da ABŞ Ali Məhkəməsi tərəfindən qadağan edilib. Lakin yanvarın 20-də vəzifəsinin icrasına başlayan Donald Tramp imzaladığı prezident fərmanı ilə bu müddəti 75 gün uzadıb./publika.az

Milli.Az

Seçilən
7
2
milli.az

3Mənbələr