Aktual.az xəbər verir ki, bu barədə rusiyalı politoloq Sergey Markov deyib.
"Təbii ki, orada dəyişikliklər ola bilər, çünki müxtəlif ölkələr Suriyaya təzyiq göstərməyə çalışacaq. Amma hazırda deyəsən, razılaşmışıq: Suriyada Rusiya bazaları olacaq", - o bildirib.
Qeyd edək ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov və Rusiya Prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyevin də daxil olduğu nümayəndə heyəti Suriyaya səfər edib. Səfər zamanı Suriyanın yeni hakimiyyəti etimadı bərpa etmək üçün Rusiyadan təzminat istəyib.