AZ

Rəcəb Tayyib Ərdoğan Azərbaycan və Özbəkistandan olan nazirləri qəbul edib – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilmiş Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşünün iştirakçılarını qəbul edib.

Oxu.Az bu barədə Aksam.com.tr portalına istinadla xəbər verib.

Bildirilir ki, görüş Prezident Sarayında baş tutub.

“Prezident Ərdoğan Prezident Sarayında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Özbəkistanın investisiya, sənaye və ticarət naziri Ləziz Kudratov, Özbəkistanın nəqliyyat naziri İlhom Maxkamov və Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevi qəbul edib.

Qəbulda Türkiyənin xarici işlər naziri Hakan Fidan, ticarət naziri Ömer Bolat, nəqliyyat və infrastruktur naziri Abdülkadir Uraloğlu və Prezidentin Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç da iştirak edib”, – deyə məlumatda vurğulanıb.

DOĞRU.AZ

image-r0hvlggrsg0469nt7nzu2wf8a9iviiruxlre417t_640

Seçilən
7
2
dogru.az

10Mənbələr