Hindistanda keçirilən “Maha Kumbh” festivalındakı izdihamda azı 30 nəfər ölüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə AP məlumat yayıb.
Festivalın keçirildiyi Prayaqrac şəhərinin polis məmuru Vaibhav Krişna 60 yaralının xəstəxanalara çatdırıldığını bildirib.
Qeyd edək ki, hindlilər inanırlar ki, müqəddəs çaylarda çimmək onları keçmiş günahlardan təmizləyir. Elə bu səbəbdən vanna qəbul etməyə tələsən əhali yaranan izdihamda həlak olub və ya yaralanıb.