AZ

Naxçıvan sakini həmkəndlisini öldürdü - Cinayət işi başlandı

Naxçıvanda qəsdən adam öldürmə faktına görə cinayət işi başlanıb.

Milli.Az xəbər verir ki, yanvarın 28-də Babək rayon sakini 1976-cı il təvəllüdlü Fərzalı Behbudovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1965-ci il təvəllüdlü Rəhman Bayramovun aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Fərzalı Behbudova bıçaqla xəsarətlər yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Babək rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Rəhman Bayramov iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir./ajans.az

Milli.Az

Seçilən
11
18
milli.az

10Mənbələr