ABŞ alimləri taksanlara və platin birləşmələrinə əsaslanan kimyəvi üsullarla müalicənin - kimyaterapiyanın 40 % hallarda neyropatik ağrıya səbəb olduğunu aşkarlayıblar.
Bu barədə E-saglam.az “Regional Anesthesia & Pain Medicine” jurnalında dərc olunan araşdırmaya istinadən xəbər verir.
Qeyd edilir ki, neyropatiya periferik sinirlərin zədələnməsi fonunda baş verən sinir sisteminin qeyri-iltihablı patologiyasıdır.
On min doqquz yüz xəstənin məlumatlarını araşdıran qlobal araşdırmanın nəticələrinə görə, alimlər FOLFOX kimyaterapiyasından istifadə edərkən neyropatik ağrıların 16 % hallarda daha az baş verdiyini aşkarlayıblar. Bununla belə, xərçəng xəstəliyinin bəzi növləri olan pasiyentlərdə neyropatiya daha tez-tez baş verir. Belə ki, bu, ağciyər xərçəngi olan xəstələrin 60,2 faizində aşkar edilib. (Report.az)