AZ

Naxçıvanın Babək rayonunun su təminatı yaxşılaşdırılacaq - 28,7 milyon manatlıq LAYİHƏ

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəmqəsəbəsində torpaq sahələrinin su təminatı yaxşılaşdırılacaq.

Trend-in əldə etdiyi məlumatagörə, artıq bununla bağlı Su Meliorasiya Xidmətində müvafiq işlərəyekun vurulub.

Məlumata əsasən, sözügedən qəsəbənin torpaq sahələrinin sutəminatının yaxşılaşdırılması üçün Araz çayından qidalanan nasosstansiyalarının və təzyiqli boru xəttinin tikintisi işləri həyatakeçiriləcək.

Su Meliorasiya Xidməti qeyd olunan işlərin icrasını “HoversGroup” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib vəmüqavilə bağlayıb.

Müqaviləyə əsasən, MMC-yə 28,7 milyon manat ödənilib.

Qeyd edək ki, qəsəbədə müvafiq işlərin icrasını yerinə yetirəcək“Hovers Group” MMC 2011-ci ildə dövlət qeydiyyatına alınıb.Nizamnamə kapitalı 345 720 manat olan MMC-nin qanuni təmsilçisi isəZeynalov İlqar Adgözəl oğludur.

Seçilən
1
23
az.trend.az

10Mənbələr