AZ

Nizami və Binəqədidə dələduzluq edən şəxslər saxlandı

Image

Nizami rayonu ərazisində bir nəfərin avtomobil kirayəsi adı ilə aldadılaraq 620 manatının mənimsənilməsi barədə polisə məlumat daxil olub. Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən 35 yaşlı E.Cavadov müəyyən olunaraq saxlanılıb.

Bundan başqa Binəqədi rayonu ərazisində bir nəfərə məxsus bank kartından 380 manat oğurlamaqda şübhəli bilinən 24 yaşlı L.Babayevanın saxlanılması da polis əməkdaşları tərəfindən təmin edilib.

Araşdırmalar aparılır.

ZÜMRÜD





Seçilən
4
8
baki-xeber.com

10Mənbələr