Məşhur rusiyalı teleaparıcı Yelena Malışevamənasız və faydasızanaliz və testləri açıqlayıb.
“Medicina” xəbər verir ki, Yelena Malışevanın bağlı fikrini həmkarı, həkim Andrey Prodeus da dəstəkləyib.
Onlar belə nəticəyə gəliblər ki, xora, qastrit və mədə xərçənginə səbəb olan Helicobacter pyloritesti faydasızdır.
“ Helicobacter pylori testi yalnız bu bakteriyanın orqanizmdə vaxtilə mövcud olduğunu bildirir, lakin bu bakteriyanın törətdiyi aktiv infeksiyanın olub-olmadığını görməyə imkan vermir. Bu analiz karbamid nəfəs testi ilə əvəz edilə bilər.
Bundan əlavə, Epsteyin-Barr virusu və sitomeqalovirus üçün testlər faydasızdır və onlara xərclənən pula dəyməz.Bu viruslar planetdə yaşayan demək olar ki, bütün insanların orqanizmində mövcuddur və sağlamlıq üçün təhlükə yaratmır”.
Həkimlər disbakterioz testini də lazımsız hesab edirdilər.
“Disbakterioz üçün ümumiyyətlə heç bir analiz yoxdur. Müəyyən edilibsə, bu, həkimin saxtakarlığından və ya qeyri-peşəkarlığından xəbər verir".
Aygün Musayeva