NATO Baş katibi Mark Rutte ilə ABŞ-nin müdafiə naziri Pit Heqset arasında telefon danışığı olub.
Bu barədə Rutte “X” platformasındakı paylaşımında bildirib.
Baş katib bildirib ki, NATO müdafiə üçün hər zaman güclü, vahid və hazır olmalıdır:
"Bu, NATO-nun hər gün etdiyi şeydir".
Rutte həmçinin, müdafiə xərclərinin və istehsalının artırılmasının vacibliyini vurğulayıb:
"Güclü bir ittifaq üçün müdafiə xərclərini və istehsalını daha da artırmaq üçün sizinlə işləməyi səbirsizliklə gözləyirəm".
"Cebheinfo.az"