Hindistanın Prayaqrac şəhərində "Kumbh Mela" festivalı zamanı izdiham yaşanıb.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, yaranmış qarışıqlıq nəticəsində 30 nəfər ölüb, 60-dan çox insan yaralanıb.
Ölənlərdən 25-nin şəxsiyyəti müəyyən edilib.
Artıq Hindistanın baş naziri Narendra Modi, prezident və ölkənin ali rəhbərliyi zəvvarların vəfatı ilə bağlı başsağlığı verib.
"Kumbh Mela" hər 12 ildən bir keçirilən hindu festivalıdır və bu festivalda hindu izləyiciləri müqəddəs çayda çimmək üçün toplaşırlar. Bu il Hindistanın Prayaqrac şəhərində, Qanq və Yamuna çaylarının qovuşduğu yerdə keçirilir. Festivalın 45 gün ərzində 450 milyon insanı cəlb edəcəyi gözlənilir.