Bakı.Trend:
Zaqreb Ukraynaya sayca 12-ci hərbi yardım paketinin ayrılmasınıbarədə qərarı yaxın günlərdə təsdiqləyəcək.
Trend ölkəninyerli KİV-lərinə istinadən xəbər verir ki, bunu Xorvatiyanın başnaziri Andrey Plenkoviç ukraynalı həmkarı Denis Şmıqalla keçirdiyigörüşdən sonra açıqlamasında bildirib.
“Sabah hökumət iclasında Ukraynaya növbəti hərbi yardım paketiüzrə qərar qəbul olunacaq, bu artıq bizim 12-ci paketimiz olacaq”,-deyə Xorvatiyanın nazirlər kabinetinin rəhbəri qeyd edib.
Plenkoviç əmin edib ki, Kiyev xorvatiyalı əsgərlərin Ukraynayasəfərbər olunmasına nail olmaq məqsədi güdmür, sadəcə iqtisadi vəhərbi dəstəyə ehtiyacı var.
Xatırladaq ki, Plenkoviç 2024-cü ilin sentyabr ayında Kiyevəsəfəri zamanı Xorvatiyanın Ukraynaya ayırdığı yardımın ümumiməbləğinin 300 milyon avroya çatdığını bəyan etmişdi.