AZ

Ağsuda səsvermədə şəffaflığı təmin etmək üçün bütün zəruri tədbirlər görülüb

90 saylı Ağsu seçki dairəsi 62 məntəqəni əhatə edir. Bu gün dairə üzrə səsvermə hüququ olan 51865 seçici bələdiyyə seçkilərində öz namizədlərinə səs verir.

Dairə seçki komissiyasının sədri Azad Dursunəliyev AZƏRTAC-a bildirib ki, səsvermənin təlimata uyğun keçirilməsi, hər kəsin öz fikrini sərbəst, demokratik şəraitdə ifadə etməsi, istədikləri namizədə səs verməsi üçün bütün məntəqələrdə lazımi şərait yaradılıb. Məntəqəyə gələ bilməyən seçicilər üçün səyyar qutular da ayrılıb. 113 nəfər səsvermə hüququndan ilk dəfə istifadə edəcək.

Seçicilər saat 08:00-dan başlayaraq məntəqələrə gəlir, səsvermə prosesində fəal iştirak edirlər. Ağsu şəhərindəki 3 saylı seçki məntəqəsində seçici fəallığı müşahidə olunur. Ağsu şəhər sakini 72 yaşlı Vaqif Ağayev AZƏRTAC-a müsahibəsində məntəqədə səsvermənin azad, şəffaf keçməsi üçün təşkil edilən şəraitdən razılığını bildirərək, ölkəmizdə demokratik seçki sisteminin yaradıldığını vurğulayıb.

Bütün məntəqələrdə səsvermənin gedişatı yerli müşahidəçilər tərəfindən izlənilir, 9 məntəqədə veb-kamera quraşdırılıb.

Xatırladaq ki, 90 saylı Ağsu seçki dairəsində 10 bələdiyyə üzrə 110 yer uğrunda 211 namizəd mübarizə aparır.

Seçilən
13
16
yeniazerbaycan.com

10Mənbələr