Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan HƏMAS rəsmilərini qəbul edib.
Ajans.az xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.
Bildirilib ki, Ərdoğan HƏMAS Şura Məclisinin sədri Məhəmməd Dərvişin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Prezident sarayında görüşüb.
Qəbulda Türkiyənin xarici işlər naziri Hakan Fidan, Milli Kəşfiyyat Xidmətinin rəhbəri İbrahim Kalın da iştirak edib.