AZ

İrəvan Bakının əsas tələbini qəbul etmədi – SON DƏQİQƏ

  “Aİ səfirləri Ermənistanda mülki missiyanın genişləndirilməsi ilə bağlı qərarı təsdiqləyiblər”.

Referans.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “Azatutyun” məlumat dərc edib.

Aİ-nin Brüsseldəki səfirləri Avropa İttifaqının Ermənistandakı mülki missiyası ilə bağlı qərarı təsdiqləyiblər. Buna əsasən avropalı müşahidəçilər daha iki il – 2027-ci il fevralın 19-dək Ermənistanın sərhəd rayonlarında qalacaqlar.

Belə ki, Avropa İttifaqı missiyanın iki il əvvəl verdiyi mandatı dəyişməz olaraq saxlayıb. Qərar layihəsinə əsasən, müşahidəçilərin tərkibi və sayı da (165 beynəlxalq və 44 erməni heyəti) dəyişməz qalacaq.

 Aİ-nin Ermənistandakı missiyasının fikrincə, bu qərar yaxın gələcəkdə ittifaqa üzv ölkələrin xarici işlər nazirləri tərəfindən də təsdiqlənməlidir. Amma bu, formal xarakter daşıyır. Çünki onların təmsil etdikləri ölkələr layihənin lehinə səs veriblər.

Missiyanın müşahidə zonası bütün Ermənistan-Azərbaycan sərhədi boyunca uzanır.

Qeyd edək ki, rəsmi Bakı Aİ missiyasının sərhəddən çıxarılmasını əsas şərtlərdən biri kimi irəli sürmüşdü.  

Seçilən
5
7
referans.az

10Mənbələr