AZ

"Qaynar xətt"ə indiyədək 35-ə yaxın müraciət daxil olub"- MSK

Image

Səsvermə başa çatıb. İlkin təəssürat budur ki, səsvermə seçkilərlə bağlı qanunvericiliyə uyğun keçirilib. Trend xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədrinin müavini Rövzət Qasımov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, ictimaiyyət fəallıqla prosesə qoşulub: “Prosesin gedişi məqbul dəyərlədirilə bilər. İdeallıqdan danışmaq o qədər də səmimi olmaz. Səsvermə kifayət qədər şəffaf və ədalətli keçdi”.

Rövzət Qasımov əlavə edib ki, hələlik heç bir rəsmi və qeyri-rəsmi şikayət daxil olmayıb:

“"Qaynar xətt"ə indiyədək 35-ə yaxın müraciət daxil olub. Əsasən sorğu tipli müraciətlərdir. Məlumatları dəqiqləşdirib müraciət edənlərə məlumat vermişik”.

"Müşahidəçilərin qənaəti kifayət qədər müsbətdir. Bundan məmnunuq. Ümid edirik ki, seçki prosesi başa çatanadək hadisələr bu minvalla davam edəcək", - sədr müavini qeyd edib.





Seçilən
19
2
baki-xeber.com

3Mənbələr