Rusiya prezidenti Putin 2022-ci ilin yazında rus qoşunlarının Kiyev ərazisindən çəkilməsilə bağlı təfərrüatları açıqlayıb. Putinin açıqlamaları Rusiyanın Kiyev bölgəsindən çəkilmə qərarının səbəblərini və bu prosesdə baş verən diplomatik təmasları yenidən gündəmə gətirib.
Putin, bəzi Avropa liderlərinin Ukraynanın sülh sazişi imzalaya bilməsi üçün rus qoşunlarının Kiyevdən çıxarılmasını tələb etdiyini deyib.
"Avropa liderləri Ukraynanın "silah təhdidi altında" sülh sazişini imzalaya bilməyəcəyini bildirdilər. Ona görə də biz ciddi qarşıdurma və qan tökülməsin deyə bu müraciətə müsbət cavab verdik, lakin bu prosesdə aldatma ehtimalının ola biləcəyindən da xəbərdar idik”, - Putin bildirib.
Putin xatırladıb ki, Rusiya qoşunlarının Kiyev ərazisindən çıxarılması prosesi 2022-ci il martın sonunda başlayıb və aprelin 4-də başa çatıb. Ukrayna tərəfi ilə sülh razılaşması əldə etmək cəhdlərinə baxmayaraq, bu prosesdən sonra tərəflər arasında toqquşmalar davam edib.
TAHİR