AZ

ABŞ qoşunlarını Suriyadan çıxarır?- Tramp qərarını verdi, İsrail və PKK/YPG terrorçuları narahatdır...

Image

Suriyada Bəəs rejiminin devrilməsi və Donald Trampın yenidən ABŞ prezidenti seçilməsindən sonra Vaşinqtonun Yaxın Şərq, xüsusilə də Suriya ilə bağlı yeni siyasəti müzakirələrə səbəb olub.

Xüsusilə, Trampın ABŞ-ın gücünü digər ölkələrə sərf etməməsi ilə bağlı açıqlamaları Pentaqonun bölgədəki varlığını yenidən gündəmə gətirib.

İsrail dövlət televiziyası “Kann”ın məlumatına görə, ABŞ-ın yüksək vəzifəli rəsmiləri Təl-Əvivə Trampın hazırda Suriyada olan minlərlə amerikalı hərbçini geri çəkmək istədiyi barədə məlumat veriblər. Bildirilir ki, Trampın qoşunlarını Suriyadan çıxarma ehtimalı İsraildə narahatlıq və təşviş yaradıb. ABŞ qoşunlarının çıxarılmasının Suriyadakı terror təşkilatı PKK/YPG-yə də təsir edəcəyi bildirilir.

ABŞ uzun müddətdir ki, Suriyadakı hərbçilərinin sayını 900 nəfər olduğunu açıqlayıb. Ancaq Pentaqon bu günlərdə Suriyadakı ABŞ əsgərlərinin sayının deyildiyi kimi 900 deyil, təxminən 2000 nəfər olduğunu öyrəndiklərini açıqlayıb.

TAHİR





Seçilən
8
9
baki-xeber.com

10Mənbələr