AZ

Vəziyyət ağırlaşır – Xəstəxanalardakı qorxunc mənzərə

Türkiyədə epidemioloji vəziyyət ciddiləşir.

News24.az yenisabah.az-a istinadla xəbər verir ki, Türkiyə daxilində başda qrip olmaqla digər virusların artması narahatlıq yaradır.

Yanvarın birinci yarısında ölkə üzrə tənəffüs şikayətləri ilə xəstəxanalara müraciət edənlərin 22,3 faizində qrip, 20,7 faizində rinovirus, 20,5 faizində isə Covid-19 aşkarlandığı məlum olub. Ağır kəskin respirator infeksiya ilə xəstəxanaya yerləşdirilən xəstələrdən götürülən tənəffüs yolu nümunələrində 7,4 faiz qrip virusu aşkar edilərkən, RSV hallarında artım əyrisinə də diqqət çəkilib.

Həkimlər isə qardaş ölkədəki mənzərəni qorxunc adlandırır.

Qrip, RSV, rinovirus və Covid-19-un oxşar simptomlarla irəlilədiyini ifadə edən infeksionist-həkim Ebru Çakır Edis müayinələrin sayının artırılmasının və xəstəxanalarda maskaların istifadəsinin məcburi hala salınmasının vacibliyini vurğulayıb. Həkim bir-birinə çox oxşar olan bu dörd xəstəliyi müayinə etmədən ayırd etməyin çox çətin olduğunu da qeyd edib.

Digər tərəfdən, Çində ortaya çıxan və sürətlə yayılan insan metapnevmovirusu (HMPV) mütəxəssisləri də narahat edir. Digər infeksionist Hüsrev Diktaş da məsələ ilə bağlı həyəcan təbili çalıb:

“Virus qızdırma, soyuqdəymə, öskürək, bəlğəm ifrazı kimi əlamətlərlə başlayır. Pnevmoniyaya çevrilirsə, hırıltı və oksigen səviyyəsinin azalması kimi daha ciddi problemlərə səbəb olur. Uşaqlar, 65 yaşdan yuxarı insanlar, xroniki ağciyər xəstəliyi olan insanlar və immun sistemi zəif olan vətəndaşlar bu virusa yoluxma riski daha yüksəkdir.

HMPV tez-tez Covid-19 və qrip kimi digər tənəffüs xəstəlikləri ilə qarışdırıla bilər. HMPV diaqnozu üçün PCR testləri və sürətli tənəffüs testlərindən istifadə edilməlidir. HMPV-nin simptomları öskürək, burun axması və qızdırma kimi yuxarı tənəffüs yolları xəstəliklərinə bənzəsə də, irəliləmiş hallarda pnevmoniya müşahidə olunur . Təəssüf ki, bu virusa qarşı effektiv antiviral müalicə və ya peyvənd yoxdur. "

Pediatr Yakup Çağ isə uşaqlardakı yüksək temperaturdan və riskli hallardan söz açıb:

"Virus infeksiyaları pik həddə çatıb. Uşaqları izdihamlı mühitlərdən uzaq tutmaq və sağlam qidalanmalarını təmin etmək onların xəstəliklərdən qorunmasında mühüm rol oynayır. İmmunitet sistemi hələ formalaşmamış uşaqlar bir çox viruslara qarşı həssasdırlar. Xüsusilə də uşaq bağçası və məktəbdə. mühitlərdə, xəstə uşaqlar başqalarından təcrid olunmalı, xəstə uşaqlar məktəbə göndərilməməlidir. Əgər qızdırma 38-38,5 dərəcəyə çatarsa və 2 gündən çox davam edərsə, tibb müəssisəsinə müraciət edilməlidir”.


Seçilən
6
news24.az

1Mənbələr