ABŞ prezidenti Donald Tramp yaxın vaxtlarda antisemitizmlə mübarizə çərçivəsində İsrail əleyhinə keçirilən aksiyalarda iştirak edən əcnəbi tələbələrin vizasını ləğv edəcək.
Publika.az xəbər verir ki, bu barədə Tramp sosial şəbəkədəki paylaşımında bildirib.
"Biz yəhudilərə yönəlmiş terror təhdidləri, vandalizm və şiddət çağırışlarına qarşı sərt mübarizə aparacağıq. Etirazlara qalxan bütün əcnəbilərə səslənirəm: sizi tapacağıq və deportasiya edəcəyik. Universitetlərdə HƏMAS-ı dəstəkləyən bütün tələbələrin vizalarını ləğv edəcəm", - deyə ABŞ lideri qeyd edib.