AZ

Gürcüstanın nümayəndə heyəti AŞPA-da fəaliyyətini dayandırdı

Gürcüstanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti təşkilatın ölkədəki seçkilərlə bağlı qəbul etdiyi qətnamə ilə əlaqədar fəaliyyətini dayandırıb.

BEY.AZ xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin vitse-spikeri Teya Tsulukiani bildirib.

“Biz, Gürcüstan parlamentinin nümayəndə heyətinin üzvləri, Strasburq və Tbilisidə müzakirələr apardıq və “Gürcü Arzusu” komandasının ümumi qərarı ilə səlahiyyətlərimizin təsdiqlənməsinə baxmayaraq, bu gündən etibarən Parlament Assambleyasında fəaliyyətimizi dayandıracağıq”, – o deyib.

AŞPA daha əvvəl ölkədə yeni parlament seçkilərinin keçirilməsi şərti ilə Gürcüstan nümayəndə heyətinin səlahiyyətlərinin tanınmasına səs vermişdi. Tiflisə həmçinin AŞPA-nın xarici agentlər haqqında qanunun ləğvi ilə bağlı tövsiyəsinə baxmağa çağırılıb.

Seçilən
7
3
Bey.az

10Mənbələr